| Çeviriler | Sureler |
| AZERBAIJANI | |
113 - əl-Fələq | |
Mərhəmətli, rəhmli Allahın adı ilə! | |
| 1 | (Ya Peyğəmbər!) De: "Pənah aparıram sübhün Rəbbinə! |
| 2 | Yaratdıqlarının (insanların, cinlərin, vəhşi heyvanların) şərindən; |
| 3 | Zülmətə bürünməkdə olan gecənin (və ya: batan ayın, ziyası sönən ulduzların) şərindən; |
| 4 | (Ovsun oxuyub) düyünlərə üfürən (yaxud: cadu edib iplərə düyün vuran) qadınların şərindən; |
| 5 | Və bir də paxıllığı tutanda paxılın şərindən!" |
| ReadTheQuran.org | |