| Çeviriler | Sureler |
| AZERBAIJANI | |
109 - əl-Kafirun | |
Mərhəmətli, rəhmli Allahın adı ilə! | |
| 1 | (Ya Peyğəmbər! Sənə - bir il bizim bütlərimizə ibadət et, bir il də biz sənin Rəbbinə ibadət edək - deyən müşriklərə) de: "Ey kafirlər! |
| 2 | Mən sizin ibadət etdiklərinizə (bütlərə) ibadət etmərəm! |
| 3 | Siz də mənim ibadət etdiyimə (Allaha) ibadət etməzsiniz! |
| 4 | Mən sizin ibadət etdiklərinizə ibadət edən deyiləm! |
| 5 | Siz də mənim ibadət etdiyimə ibadət edən deyilsiniz! |
| 6 | Sizin öz dininiz var, mənim də öz dinim! (Elə isə sizin dininiz sizə, mənim dinim də mənə)!" |
| ReadTheQuran.org | |