| Çeviriler | Sureler |
| AZERBAIJANI | |
107 - əl-Maun | |
Mərhəmətli, rəhmli Allahın adı ilə! | |
| 1 | (Ya Peyğəmbər!) Dini (haqq-hesab gününü) yalan hesab edəni (Əbu Cəhli) gördünmü? |
| 2 | O elə adamdır ki, yetimi itələyib qovar (haqqını verməz); |
| 3 | Və (xalqı) yoxsulu yedirtməyə rəğbətləndirməz (nə özü fəqiri yedirdər, nə də özgəsini qoyar). |
| 4 | Vay halına o namaz qılanların ki, |
| 5 | Onlar öz namazlarından qafildirlər (səhlənkarlıqları üzündən namazlarını vaxtlı-vaxtında qılmazlar); |
| 6 | Onlar (namazlarında) riyakarlıq edər, |
| 7 | Və (xalqa) zəkat verməyi qadağan edərlər (yaxud xəsislik göstərib bir iş üçün qonum-qonşuya lazım olan qab-qacağı verməkdən imtina edərlər). |
| ReadTheQuran.org | |