| Çeviriler | Sureler |
| AZERBAIJANI | |
105 - əl-Fil | |
Mərhəmətli, rəhmli Allahın adı ilə! | |
| 1 | (Ya Peyğəmbər!) Məgər Rəbbinin fil sahiblərinə (Kə'bəni dağıtmaq üçün fillərlə Məkkənin üstünə gələn həbəş ordusuna) nələr etdiyini görmədinmi?! |
| 2 | Məgər (Rəbbin) onların hiyləsini boşa çıxartmadımı?! |
| 3 | Onların üstünə qatar-qatar quşlar (əbabil quşları) göndərdi. |
| 4 | (O quşlar) onlara bişmiş gildən düzəlmiş (möhkəm xırda) daşlar atırdı. |
| 5 | (Rəbbin) onları (həşərat tərəfindən) yeyilmiş əkin yarpağına (saman çöpünə) döndərdi! |
| ReadTheQuran.org | |