Çeviriler Sureler
AZERBAIJANI

100 - əl-Adiyat

Mərhəmətli, rəhmli Allahın adı ilə!

 
1And olsun (cihad zamanı) tövşüyə-tövşüyə qaçan atlara;
 
2And olsun (dırnaqları ilə daşdan) qığılcım qoparan atlara;
 
3And olsun sübh çağı hücum edən atlara;
 
4And olsun o vaxt (və ya: o yerdə) toz-duman qopardan atlara;
 
5Sonra da onunla (tozanaqla) dəstəyə (düşmən dəstəsinə) təpinən atlara ki,
 
6İnsan öz Rəbbinə qarşı çox nankordur.
 
7Və o özü də buna şahiddir.
 
8Həqiqətən, insan var-dövlətə çox hərisdir!
 
9Məgər o bilmirmi ki, qəbirlərdə olanlar (dirilib) çıxardılacağı;
 
10Ürəklərdə olanlar faş ediləcəyi zaman
 
11Həmin gün Rəbbi onları (özlərinin bütün əməllərindən) xəbərdar edəcəkdir (cəzalarını verəcəkdir)!
 
 
ReadTheQuran.org