| Çeviriler | Sureler |
| AZERBAIJANI | |
98 - əl-Bəyyinə | |
Mərhəmətli, rəhmli Allahın adı ilə! | |
| 1 | Kitab əhlindən (yəhudilərdən və xaçpərəstlərdən) kafir olanlar və müşriklər özlərinə açıq-aşkar bir dəlil gəlməyənə qədər (dinlərindən) ayrılan deyildilər. |
| 2 | (Bu açıq-aşkar dəlil isə) pak səhifələri onlara oxuyan, Allah tərəfindən göndərilmiş peyğəmbərdir (Muhəmməd əleyhissəlamdır). |
| 3 | O səhifələrdə doğru-dürüst hökmlər vardır. |
| 4 | Kitab əhli yalnız özlərinə açıq-aydın dəlil (Peyğəmbər və Qur'an) gəldikdən sonra (dində) ayrılığa düşdülər (onlardan kimisi Peyğəmbərə iman gətirdi, kimisi onu inkar etdi, kimisi də şəkk-şübhə içində qaldı). |
| 5 | Halbuki onlara əmr edilmişdir ki, Allaha - dini yalnız Ona məxsus edərək, batildən haqqa (islama) dönərək - ibadət etsinlər, namaz qılıb zəkat versinlər. Doğru-düzgün din budur! |
| 6 | Həqiqətən, kitab əhlindən kafir olanların və müşriklərin yeri cəhənnəm odudur. Onlar orada əbədi qalacaqlar. Onlar yaradılmışların ən pisidirlər. |
| 7 | İman gətirib yaxşı əməllər edənlər isə yaradılmışların ən yaxşılarıdır. |
| 8 | Onlardan öz Rəbbi yanındakı mükafatı (ağacları) altından çaylar axan Ədn cənnətləridir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan razıdır, onlar da Allahdan. Bu (ne'mətlər) Rəbbindən qorxanlar üçündür! |
| ReadTheQuran.org | |