| Çeviriler | Sureler |
| AZERBAIJANI | |
95 - ət-Tin | |
Mərhəmətli, rəhmli Allahın adı ilə! | |
| 1 | And olsun əncirə və zeytuna; |
| 2 | And olsun (Allah-təalanın Musa ilə danışdığı) Tur dağına; |
| 3 | And olsun bu təhlükəsiz (qorxusuz-xətərsiz) şəhərə (Məkkəyə) ki, |
| 4 | Biz insanı ən gözəl biçimdə yaratdıq! |
| 5 | Sonra da onu qaytarıb rəzillərin rəzili edərik! |
| 6 | Yalnız iman gətirib yaxşı əməllər edənlərdən başqa! Onları münnətsiz (saysız-hesabsız) mükafat gözləyir. |
| 7 | (Ey kafir insan! Bu qədər öyüd-nəsihətdən) sonra səni dini (haqq-hesab gününü) yalan saymağa vadar edən nədir?! |
| 8 | Məgər Allah hakimlərin hakimi (ən ədalətli, ən üstün hakim) deyilmi?! |
| ReadTheQuran.org | |