| Çeviriler | Sureler |
| AZERBAIJANI | |
92 - əl-Leyl | |
Mərhəmətli, rəhmli Allahın adı ilə! | |
| 1 | And olsun (aləmi zülmətə) bürüməkdə olan gecəyə; |
| 2 | And olsun işıqlanmaqda olan gündüzə; |
| 3 | And olsun kişini və qadını (erkəyi və dişini) yaradana ki, |
| 4 | Sizin zəhmətiniz (ey insanlar!) cürbəcürdür! (Bə'ziniz Cənnət üçün, bə'ziniz isə Cəhənnəm üçün çalışırsınız). |
| 5 | Kim (malını Allah yolunda) versə, (Allahdan) qorxsa, |
| 6 | Vəən gözəl sözü (la ilahə illallah kəlməsini) təsdiq etsə, |
| 7 | Biz ona ən asan olanı (Cənnəti) müyəssər edəcəyik! |
| 8 | Amma kim (malını Allah yolunda xərcləməyə) xəsislik etsə, (mal-dövlətinə güvənib Allaha) möhtac olmadığını sansa, |
| 9 | Vəən gözəl sözü (la ilahə illallah kəlməsini) yalan saysa, |
| 10 | Biz ona ən çətin olanı (Cəhənnəmi) müyəssər edəcəyik (onu Cəhənnəm üçün hazırlayacağıq!) |
| 11 | (O, Cəhənnəmə) düşəcəyi zaman mal-dövləti ona heç bir fayda verməz. |
| 12 | Bizim öhdəmizə düşən yalnız doğru yolu göstərməkdir! (Mö'min və ya kafir olmaq isə hər kəsin öz işidir). |
| 13 | Axirət də Bizim, dünya da Bizimdir! |
| 14 | (Ey insanlar!) Mən sizi alovlanan bir atəşlə qorxutdum. |
| 15 | Ora ancaq azğın (kafir) daxil olar. |
| 16 | O kimsə ki, (haqqı) yalan sayar, (imandan) üz döndərər! |
| 17 | Allahdan qorxub pis əməllərdən çəkinən isə ondan uzaqlaşdırılar (nicat tapar). |
| 18 | O kimsə ki, malını (Allah yolunda) verib (günahlardan) təmizlənər, |
| 19 | O şəxsin boynunda heç kəsin bir minnəti (ne'məti) yoxdur ki, onun əvəzi verilsin (etdiyi yaxşılıq ona əvəz olsun; və ya: o, etdiyi yaxşılıq müqabilində heç kəsdən bir mükafat gözləməz). |
| 20 | O ancaq ən uca olan Rəbbinin rizasını qazanmaq üçün belə edər. |
| 21 | And olsun ki, o (öz Rəbbindən Cənnətdə ona verəcəyi ne'mətlərə görə) razı olacaqdır! |
| ReadTheQuran.org | |