| Çeviriler | Sureler |
| AZERBAIJANI | |
87 - əl-Əla | |
Mərhəmətli, rəhmli Allahın adı ilə! | |
| 1 | (Ya Peyğəmbər!) Ən uca olan Rəbbinin adını pak (müqəddəs) tutub şə'ninə təriflər de! |
| 2 | O Rəbbin ki, (hər şeyi) xəlq etdi və nizama saldı. |
| 3 | O Rəbbin ki, (hər şeyin keyfiyyətini, xüsusiyyətini, davam müddətini) əzəldən müəyyən etdi və (hamıya) yol göstərdi. |
| 4 | O Rəbbin ki, (torpağı yarıb ondan yamyaşıl) otlar çıxartdı. |
| 5 | Sonra da onu (qupquru) qara çör-çöpə döndərdi. |
| 6 | (Ya Peyğəmbər!) Biz sənə (Qur'anı) oxudacağıq və sən (onu) unutmayacaqsan; |
| 7 | Yalnız Allahın dilədiyindən (hökmünü ləğv etdiyimiz bu və ya digər ayədən) başqa! Şübhəsiz ki, O, aşkarı da, gizlini də bilir! |
| 8 | Biz sənəən asan olanı (islam şəriətini) müyəssər edərik. |
| 9 | (Ya Peyğəmbər!) Əgər nəsihət etmək fayda versə, (ümmətinə Qur'anla) öyüd-nəsihət ver! |
| 10 | (Allahdan) qorxan kimsə mütləq öyüd-nəsihət qəbul edəcəkdir! |
| 11 | Bədbəxt (kafir) isə ondan (öyüd-nəsihətdən) qaçacaqdır. |
| 12 | (O bədbəxt ki) ən böyük oda (cəhənnəm oduna) girəcəkdir. |
| 13 | Orada nə öləcək, nə də yaşayacaqdır! (Nə ölü kimi ölü, nə də diri kimi diri olacaqdır!) |
| 14 | (Günahlardan) təmizlənən kimsə isə nicat tapacaqdır. |
| 15 | O kimsə ki, Rəbbinin adını zikr edib namaz qılar! |
| 16 | Lakin siz (ey insanlar!) dünyanı üstün tutursunuz! |
| 17 | Halbuki axirət daha xeyirli və daha baqidir. |
| 18 | Həqiqətən, bu deyilənlər (Qur'andan) əvvəlki kitablarda mövcuddur - |
| 19 | İbrahimin və Musanın kitablarında! |
| ReadTheQuran.org | |