| Çeviriler | Sureler |
| AZERBAIJANI | |
86 - ət-Tariq | |
Mərhəmətli, rəhmli Allahın adı ilə! | |
| 1 | And olsun göyə və gecə gələnə! (Gecə peyda olub gündüz qeyb olana!) |
| 2 | (Ya Peyğəmbər!) Sən nə bilirsən (haradan bilirsən) ki, gecə gələn nədir?! |
| 3 | (O, zülməti yaran) parlaq ulduzdur! |
| 4 | Elə bir kimsə yoxdur ki, onun üstündə bir gözətçi (mələk) olmasın! |
| 5 | Elə isə insan nədən yaradıldığına (bəsirət gözü ilə) bir baxsın! |
| 6 | O, axıb tökülən bir sudan (nütfədən) yaradılmışdır. |
| 7 | (O su kişilərin) bel sümüyündən, (qadınların isə) köks sümüyündən çıxar! |
| 8 | Həqiqətən, (Allah) insanı (öləndən sonra) yenidən diriltməyə qadirdir! - |
| 9 | Bütün sirlərin aşkar olacağı o qiyamət günü; |
| 10 | (O gün) insanın nə (əzabı dəf edəcək) bir qüvəsi, nə də bir köməkçisi olar! |
| 11 | And olsun yağış sahibi olan göyə; |
| 12 | And olsun (növbənöv bitkilər yetirmək üçün) yarılan yerə ki, |
| 13 | Bu (Qur'an haqla nahaqqı) ayırd edən kəlamdır! |
| 14 | O, oyun-oyuncaq (əyləncə) deyildir! |
| 15 | Həqiqətən, (Məkkə müşrikləri Qur'anın nurunu söndürmək üçün) hiylə qurdular. |
| 16 | Mən də (hiylələrinə qarşı) onlara cəza verirəm. |
| 17 | Elə isə (ya Peyğəmbər!) kafirlərə möhlət ver! Onlara azacıq möhlət ver! |
| ReadTheQuran.org | |