| Çeviriler | Sureler |
| AZERBAIJANI | |
85 - əl-Buruc | |
Mərhəmətli, rəhmli Allahın adı ilə! | |
| 1 | And olsun bürclər sahibi olan göyə; |
| 2 | And olsun və'd olunmuş günə (qiyamət gününə); |
| 3 | And olsun şəhadət verənə və (haqqından) şəhadət verilənə (peyğəmbərlərə və onların ümmətlərinə, yaxud cümə vəƏrəfə günlərinə) ki, |
| 4 | (Nəcrandan İsaya iman gətirmiş kimsələri yandırıb külə döndərən) xəndək sahibləri (lə'nətə düçar olub) qətl edildilər. |
| 5 | O xəndəklər ki, çırpı ilə alovlandırılmışdı. |
| 6 | O zaman onlar (xəndəklərin) kənarında oturub, |
| 7 | (Öz əsgərlərinin) mö'minlərin başlarına gətirdiklərinə (müsibətlərə) tamaşa edirdilər. |
| 8 | Onlardan (mö'minlərdən) yalnız yenilməz qüvvət sahibi, (hər cür) şükrə (tə'rifə) layiq olan Allaha iman gətirdiklərinə görə intiqam alırdılar. |
| 9 | O Allah ki, göylərin və yerin istiyarı Onun əlindədir. Allah hər şeyə şahiddir! |
| 10 | Şübhəsiz ki, mö'min kişi və qadınları (dinlərdən döndərmək üçün) bəlaya düçar edən, sonra da tövbə etməyən kimsələri cəhənnəm əzabı və yandırıb-yaxın atəş əzabı gözləyir. |
| 11 | İman gətirib yaxşı əməllər edən kimsələri isə (ağacları) altından çaylar axan cənnətlər gözləyir. Bu, böyük qurtuluşdur (uğurdur)! |
| 12 | Həqiqətən, sənin Rəbbinin intiqamı çox şiddətlidir! |
| 13 | Həqiqətən, (insanı) yoxdan var edən və (öldükdən sonra) təkrar dirildən Odur! |
| 14 | (Bəndələrini) çox bağışlayan, çox sevən də Odur. |
| 15 | Ərşin sahibi də, şanlı-şərəfli olan da Odur! |
| 16 | O, istədiyini edəndir. |
| 17 | (Ya Peyğəmbər!) Orduların xəbəri gəlib sənə çatdımı?- |
| 18 | Fir'on və Səmud (ordularının)? |
| 19 | Xeyr, kafir olanlar (səni və Qur'anı) elə hey təkzib etməkdədirlər. |
| 20 | Onların bütün ixtiyarı Allahın əlindədir! |
| 21 | Xeyr, o (şe'r deyil) şanlı-şərəfli Qur'andır! |
| 22 | O, lövhi-məhfuzdadır! (Qur'an Allah dərgahında qorunur. Ona şeytan əli dəyə bilməz, o heç zaman təhrif olunmaz!) |
| ReadTheQuran.org | |