Çeviriler Sureler
AZERBAIJANI

1 - əl-Fatihə

Mərhəmətli, rəhmli Allahın adı ilə!

 
1Mərhəmətli, rəhmli Allahın adı ilə!
 
2Həmd (şükür və tə'rif) olsun Allaha (və ya: Həmd məxsusdur Allaha) - aləmlərin Rəbbinə,
 
3(Bu dünyada hamıya) mərhəmətli, (axirətdə isə ancaq mö'minlərə) rəhmli olana,
 
4Haqq-Hesab (qiyamət) gününün sahibinə!
 
5Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik!
 
6Bizi doğru (düz) yola yönəlt!
 
7Ne'mət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox!
 
 
ReadTheQuran.org